Ərdoğan Türkiyə və İraqın PKK-ya qarşı birgə mübarizə aparmasını təklif edib

Ərdoğan Türkiyə və İraqın PKK-ya qarşı birgə mübarizə aparmasını təklif edib
# 25 oktyabr 2017 14:30 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan İraq baş naziri Haydar əl-İbadi ilə görüşüb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İraqın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayan R. T. Ərdoğan İraq kürd bölgə muxtariyyətinin refrendum qərarına qarşı çıxdıqlarını xatırladıb.

İraqın yenidən küllərindən doğacağını vurğulayan R. T. Ərdoğan iki ölkə arasında 9 milyard dollar həcmində olan ticarət dövriyyəsinin artırılmasını zəruri sayıb. Kərkük-Ceyhan neft kəmərinin yenidən işə düşməsi və iki ölkə arasında yeni sərhəd-keçid məntəqələrinin açılması üçün işlərin davam etdiyini diqqətə çatdıran Türkiyə prezidenti İraqda Kandil, Sincar kimi bölgələrdə PKK terror təşkilatının mövcud olduğunu söyləyib: “Türkiyə İraqla bu bölgələrdə PKK-ya qarşı birgə mübarizə aparmağa hazırdır”.

İraq baş naziri də çıxışında bölgədə problemləri həll etməyin zamanı çatdığını bildirib: “Terrorizmlə mübarizədə əməkdaşlıq önəmlidir. İŞİD terror təşkilatı çoxlu sayda insanımızı qətlə yetirdiyi kimi, infrastrukturumuzu da dağıdıb. Şükür olsun ki, İraq gücləri İŞİD-ə qalib gəldi. İraq Konstitusiyasına görə, qanundan kənar silaha sahib olan hər qrupa qarşı mübarizə aparılmalıdır. Əsas məqsədimiz İraqı və bölgəni təhdid edən terror təşkilatlarına qarşı mübarizə aparmaqdır. Təssüf ki, İraqdakı digər xalqların razılığı olmadan Şimali İraqda birtərəfli referendum keçirildi və biz də buna qarşı mübarizə apardıq. Təəssüf ki, bəziləri bu referendumla torpaqlarımızı parçalamaq istədi. Mərkəzi İraq hökuməti olaraq bütün vətəndaşlarımızı qorumalıyıq. Hazırkı İraq ordusu, təhlükəsizlik qüvvələri Səddam Hüseyn dövründəki güclərə bənzəmir, əsas vəzifəsi vətəndaşların təhlükəsizliyini qorumaqdır. Biz İraq hərbçilərinə göstəriş verdik ki, heç bir halda mülki şəxslərə qarşı silah tətbiq etməyin. Şükürlər olsun ki, kürdlərin, türkmənlərin və ərəblərin dəstəyi ilə qanuni təmin etdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR