Səfir: “Çin və Azərbaycan yaxın tərəfdaşdır”

Səfir: “Çin və Azərbaycan yaxın tərəfdaşdır”
# 19 sentyabr 2017 14:17 (UTC +04:00)

“Çin və Azərbaycan yaxın və tərəfdaş ölkələrdir”.

APA-nın xəbərinə görə, bunu Çinin Azərbaycandakı səfiri Vey Cinhua deyib.

25 il əvvəl Azərbaycan və Çin arasında diplomatik əlaqələrin təməlinin qoyulduğunu xatırladan səfir bildirib ki, hər iki ölkə başçılarının apardığı qarşılıqlı siyasət nəticəsində ikitərəfli münasibətlər durmadan inkişaf edir: “İqtisadi, ticarət sahəsində münasibətlər davamlı şəkildə genişlənir. Çin iqtisadi sahənin inkişafına dəstək üçün Azərbaycana 11 milyon ABŞ dolları dəyərində İKT avadanlıqları təqdim edib və bu, Azərbaycana dərin hörmətin təzahürüdür”.

Səfir Azərbaycan və Çin arasında hər sahədə, eləcə də təhsil və kənd təsərrüfatı sahələrində dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə inamını ifadə edib: “İkitərəfli münasibətlərin daha da dərinləşməsini arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR