Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb - YENİLƏNİB

Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 20 sentyabr 2017 12:32 (UTC +04:00)

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb.

APA-nın məlumatına görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, danışıqların növbəti mərhələsi sentyabrın 28-29-da Brüsseldə keçiriləcək.

"Brüsseldə bir sıra görüşlər olacaq. Təbii ki, bu görüşlər üzərində hələ iş aparılır. Bununla yanaşı, Brüsseldə həmin vaxt alt komitələrdən birinin iclası və Yeni Tərəfdaşlıq Prioritetlərinin də müzakirəsi olacaq. Yeni Tərəfdaşlıq Prioritetləri sənədi tərəflər arasında gələcək proqramlar, əlaqələrin inkişafı və maliyyə yardımı proqramları üçün baza rolunu oynayacaq", - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR