“Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirilib

“Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirilib
# 31 yanvar 2018 08:42 (UTC +04:00)

Respublika Talassemiya Mərkəzində “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda millət vəkilləri, nazirliklər, dövlət qurumlarının nümayəndələri və jurnalistlər iştirak edib.

Mərkəzin direktoru Valeh Hüseynov bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi və Talassemiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi kütləvi informasiya vasitələri ilə birgə talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsidir.

V. Hüseynov rəhbəri olduğu mərkəz tərəfindən görülən işlər barədə də məlumat verib. O qeyd edib ki, talassemiya xəstəliyinin etiopatogenezi, müalicəsi, eləcə də inkişaf sxemi, yayılma arealı və müasir tibbi metodların tətbiqi ilə xəstəlik minimuma endirilib.

Heydər Əliyev Fondunun nümayəndəsi Soltan Məmmədov qeyd edib ki, Fond tərəfindən talassemiya xəstəliyinin profilaktikası, müalicəsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

Sonda “Ən yaxşı jurnalist layihəsi” adlı müsabiqə elan edilib. Müsabiqə çərçivəsində talassemiya ilə mübarizəyə kompleks yanaşmanı təmin etmək məqsədilə il boyunca jurnalistlərin inkişafyönümlü, maarifləndirici layihələrin icrası həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR