Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib
# 02 oktyabr 2017 17:02 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

APA-nın yerli bürosunun məlumatına əsasən, əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.

Saxlanılan şəxsin 5-6 ay bundan öncə həbsxanadan çıxdığı bildirilir.

Qeyd edək ki, Poniçalada son aylarda keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində ittiham olunan 10-dan çox şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR