Türkiyənin Rusiyadakı səfiri: “Moskva ilə Ankara arasında “Türk axını” layihəsinə dair danışıqlar dalana dirənməyib”

Türkiyənin Rusiyadakı səfiri: “Moskva ilə Ankara arasında “Türk axını” layihəsinə dair danışıqlar dalana dirənməyib”
# 31 iyul 2015 10:40 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin Rusiya Federasiyasındakı səfiri Ümit Yardım RİA "Novosti”yə müsahibəsində deyib.

“Fikirləşmirəm ki, danışıqlar dalana dirənib, danışıqlar davam edir. Hələlik bu layihə üzrə rəsmi danışıqlar başlamayıb. Lakin ilkin işin həyata keçirilməsinə istiqamətlənmiş əlaqələr artıq var. Ümumi mənzərəyə baxsaq, rusiyalı həmkarlarımızın bizdən gözləntiləri, həm də bizim Rusiyadan gözləntilərimiz mövcuddur. Ona görə də bu mərhələdə layihənin həyata keçirilməsi qrafikinin hansısa səbəbdən geri qalmasından danışmaq düzgün deyil. Müqayisə üçün deyim ki, “Cənub axını” layihəsinin reallaşdırılması haqqında qərarın qəbul edilməsindən həyata keçirilməsinə qədər 5 il keçmişdi”, - deyə Türkiyə səfiri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR