Türkiyə prezidenti NATO-nun baş katibi ilə görüşüb

Türkiyə prezidenti NATO-nun baş katibi ilə görüşüb
# 18 sentyabr 2017 23:27 (UTC +04:00)

Nyu-Yorkda BMT-nin 72-ci Baş Assambleyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, mətbuata qapalı keçirilən görüş təxminən 40 dəqiqə davam edib.

Görüşdə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR