ABŞ və Britaniya rəsmiləri İtaliyada TAP layihəsinin icrasına qarşı etirazlara münasibət bildiriblər

ABŞ və Britaniya rəsmiləri İtaliyada TAP layihəsinin icrasına qarşı etirazlara münasibət bildiriblər
# 29 may 2018 17:37 (UTC +04:00)

ABŞ və Böyük Britaniya hökumətlərinin enerji məsələləri üzrə nümayəndələri İtaliyada TAP layihəsinin icrasına qarşı etirazlara münasibət bildiriblər.

APA-nın məlumatına görə, ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk bildirib ki, ABŞ Cənub Qaz Dəhlizi layihəsinə güclü dəstək verir.

"TAP layihəsi də bunun bir hissəsidir. Biz müxtəlif hökumət və şirkətlərlə müzakirə apararaq layihənin enerji təhlükəsizliyi və təminatı baxımından vacibliyini izah etməyə çalışırıq", - deyə o vurğulayıb.

Məsələyə münasibət bildirən Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə xüsusi elçisi Baronessa Nikolson isə uzun müddət Avropa Parlamenti və Avropa Şurasında işlədiyini, Avropa hökumətləri ilə yaxşı tanış olduğunu bildirib: "İtalyanlar düşündüklərini deyiblər. Hazırda onlar hökumətlərinin aqibətinə dair məsələləri həll etməyə çalışırlar. Səbirli olmalıyıq, ilk olaraq İtaliya hökumətindəki məsələlər həll olunmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR