Aktyor Vəliəhd Vəliyev dünyasını dəyişib

Aktyor Vəliəhd Vəliyev dünyasını dəyişib
# 11 sentyabr 2015 08:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aktyor Vəliəhd Vəliyev dünyasını dəyişib. APA-nın məlumatına görə, V. Vəliyev sentyabrın 10-da uzun sürən xəstəlikdən sonra Nyu-Yorkda vəfat edib.

Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirmiş. V. Vəliyev 2000-ci ildən bəri yaşadığı Nyu-Yorkda dəfn olunacaq.

Qeyd edək ki, V. Vəliyev 1952-ci ildə Daşkəsəndə anadan olub. 1975-1979-cu ildə Moskvada təhsil alıb. 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında filmlərdə çəkilib. Əsasən epizodik rolların ifaçısı olub. Oynadığı obrazlardan ən yaddaqalanı “Evlənmək İstəyirəm” filmindəki Əhməd bəy obrazıdır. Aktyor “Bəyin oğurlanması”, “Qanlı zəmi”, “Qara Volqa”, “Ölsəm, bağışla” və s. filmlərə epizodik rollarda çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR