Azərbaycan XİN rəhbərinin müavini Çexiya XİN-in dövlət katibini qəbul edib

Azərbaycan XİN rəhbərinin müavini Çexiya XİN-in dövlət katibini qəbul edib
# 14 avqust 2017 11:08 (UTC +04:00)

Ölkəmizdə səfərdə olan Çex Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşek Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Nadir Hüseynov tərəfindən qəbul edilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin, dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR