Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalı formalaşdırılır

Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalı formalaşdırılır
# 28 dekabr 2016 08:46 (UTC +04:00)

Gələn il ilk dəfə olaraq Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalı formalaşdırılacaq.

"APA-Economics" xəbər verir ki, bu, prezident İlham Əliyevin ötən gün imzaladığı "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, Maliyyə Nazirliyi bu fərmanın 5.8-ci bəndində göstərilən mənbələr - dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin və müəssisələrin dövlət zəmanəti ilə Mərkəzi Bankdan cəlb etdikləri kreditlərin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı, dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaiti, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna uyğun olaraq, Mərkəzi Bankın 2015-ci ilin nəticələrinə görə reallaşdırılmış mənfəətinin dövlət büdcəsinə köçürülməli olan sərbəst qalığı hesabına Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqələndirməklə, Azərbaycan Beynəlxalq Bankının və Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitallarının tələb olunan məbləğdə artırılmasını həyata keçirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR