Goranboyda 2 maşın toqquşub, ölənlər və xəsarət alanlar var

Goranboyda 2 maşın toqquşub, ölənlər və xəsarət alanlar var
# 10 aprel 2018 11:54 (UTC +04:00)

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Qızılhacılı kəndi ərazisində “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.

Xəsarət alaraq xəstəxanaya çatdırılan Qızılhacılı kənd sakini Məmmədova Cəmilə Əsgərxan qızı isə orada ölüb.

Hadisə zamanı xəsarət alan daha 3 nəfər - Qızılhacılı sakinləri - 1988-ci il təvəllüdlü Xalidə Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Rüstəmova və Tapqaraqoyunlu kənd sakini, 1981-ci il təvəllüdlü Ulduz Əmrahova Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR