Polşanın yeni baş naziri məlum olub

Polşanın yeni baş naziri məlum olub
# 08 dekabr 2017 19:03 (UTC +04:00)

Polşa prezidenti Andjey Duda baş nazirin müavini, maliyyə naziri Mateuş Moravetskini ölkənin baş naziri təyin edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Moravetski bu postda ötən gün istefa vermiş Beata Şidlonu əvəzləyib.

49 yaşlı M.Moravetskinin namizədliyi hakim “Hüquq və Ədalət” partiyası tərəfindən irəli sürülüb. M.Moravetski Avropaya inteqrasiya tərəfdarı kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR