Tomas Danestad: “Azərbaycanda həyata keçirilən islahatlar xarici investisiyalar üçün şərait yaradır”

Tomas Danestad: “Azərbaycanda həyata keçirilən islahatlar xarici investisiyalar üçün şərait yaradır”
# 22 noyabr 2016 11:56 (UTC +04:00)

"Azərbaycan İsveç üçün təbii resurslarla zəngin, neft-qaz, kənd təsərrüfatı sahəsində vacib ölkədir".

APA-nın xəbərinə görə, bunu İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestad deyib.

O bildirib ki, Azərbaycanın böyük insan potensialı var.

"Şadam ki, Azərbaycanla İsveç Yeni ilədək ikiqat vergitutmanın ləğvi haqqında razılaşmanı imzalamağı nəzərdə tutur", - deyə T. Danestad qeyd edib.


T. Danestad onu da bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar xarici investisiyalar üçün şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR