Lavrov və MDB ölkələrinin səfirləri təhlükəsizlik problemləri və terrorla mübarizəni müzakirə ediblər

Lavrov və MDB ölkələrinin səfirləri təhlükəsizlik problemləri və terrorla mübarizəni müzakirə ediblər
# 20 yanvar 2017 00:59 (UTC +04:00)

Yanvarın 19-da Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovun MDB ölkələrinin səfirləri ilə ənənəvi görüşü baş tutub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, görüşdə MDB ölkələrinin 2016-cı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edilib, xüsusi diqqət birlik ölkələrinin xarici siyasətin koordinasiyası məsələlərinə ayrılıb.

İştirakçılar MDB məkanında inteqrasiya proseslərinin inkişafı perspektivlərini, Rusiyanın 2017-ci ildə NDB-də sədrliyinin prioritetlərinin reallaşdırılması kontekstində birgə vəzifələri müzakirə ediblər.

Tədbirdə regional və beynəlxalq gündəlikdəki aktual məsələlər, təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlər, beynəlxalq terrorla mübarizə müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR