Mövlud Çavuşoğlu: "Bakı-Tbilisi-Qars nəqliyyat potensialının artırılması barədə razılığa gəldik"

Mövlud Çavuşoğlu: "Bakı-Tbilisi-Qars nəqliyyat potensialının artırılması barədə razılığa gəldik"
# 23 dekabr 2019 14:37 (UTC +04:00)

"Biz Bakı-Tbilisi-Qars nəqliyyat potensialının artırılması barədə razılığa gəldik".

APA-nın yerli bürosunun çəlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Tbilisidə keçirilən 8-ci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər kiçik və orta sahibkarlığın birgə layihələrdə rolunu artırmaqla bağlı razılığa gəlib: "Həm Azərbaycan, həm Gürcüstanın ərazi bütövlüyünə dəstək verdik. Bundan başqa, razılığa gəldik ki, terrorizmlə mübarizədə həmrəy olaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR