Bank Of Baku

Ermənistan Baş Qərargah rəisinin həbsdə olan müavini vəzifəsindən azad edilib

Ermənistan Baş Qərargah rəisinin həbsdə olan müavini vəzifəsindən azad edilib
# 16 dekabr 2021 16:19 (UTC +04:00)

Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini Stepan Qalstyan vəzifəsindən azad olunub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

Stepan Qalstyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında vəzifədən çıxarılıb.

Qeyd edək ki, o, korrupsiya və yeyintilərdə ittiham olunaraq həbs edilib. S. Qalstyan bu posta 2018-ci ilin iyununda təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR