“Qarabağ” Simeon Slavçevlə vidalaşıb

“Qarabağ” Simeon Slavçevlə vidalaşıb
# 20 dekabr 2019 21:06 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubu bolqarıstanlı futbolçusu Simeon Slavçevlə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

O, qışda komandanı tərk edən ilk futbolçu olub. 2018-ci ilin yayında transfer olunan legioner ilyarım ağdamlıların uğurları üçün çalışıb.

Qeyd edək ki, S.Slavçev “Qarabağ”da 39 oyuna 2 qol vurub. O, çempionatda 18 (2 qol), avrokuboklarda 19, ölkə kubokunda 2 matça çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR