Zubar Abaşıdze: Gürcüstanı ilə Rusiya ilə birləşdirəcək ticarət dəhlizinin açılması məsələsi nəzərdən keçirmir

Zubar Abaşıdze: Gürcüstanı ilə Rusiya ilə birləşdirəcək ticarət dəhlizinin açılması məsələsi nəzərdən keçirmir
# 13 iyul 2017 13:10 (UTC +04:00)

Gürcüstan ölkəni qondarma Abxaziya və Cənubi Osetiya ərazisi ilə Rusiya ilə birləşdirəcək ticarət dəhlizinin açılması məsələsini nəzərdən keçirmir. APA-nın “apsny.ge”-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya ilə əlaqələrə dair baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşıdze Ermənistanın nəqliyyat,rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyanın dəhlizin yaxın zamanda açılacağına ümid etdiyi bəyanatına cavab olaraq deyib. Z.Abaşidzenin sözlərinə görə, hazırda Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanan yükdaşımaların monitorinqinə dair razılaşmanın icra edilməsi mövzusu ilə bağlı müzakirələr gedir və Ermənistanın Abxaziya ərazisindən ticarət dəhlizinin açılmasına ümid etməsinə imkan verən əlavə şərtlər barədə heç bir söhbət aparılmır.

“Hazırda biz Rusiya ilə 2011-ci ildə imzalanan sazişin qüvvəyə minməsi barədə danışıqlar aparırıq. Bunun üçün həm biz, həm də Rusiya tərəfi İsveçrənin SGS şirkəti ilə müqavilə imzalamalıdır. Bizim isveçrəli tərəfdaşlarımız bu danışıqlarda fəal iştirak edir. Biz müqavilələrə dair ilkin hazırlıq mərhələsinə son qoymalıyıq və müqavilələri bağlamalıyıq. Bundan sonra razılığın icra olunmasına monitorinq edən birgə Gürcüstan-Rusiya-İsveçrə işçi qrupu yaradılacaq” deyə Z.Abaşıdze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR