Kreml: ABŞ-ın "Şimal axını-2"yə sanksiya tətbiq etməsini cavabsız qoymayacağıq

Kreml: ABŞ-ın "Şimal axını-2"yə sanksiya tətbiq etməsini cavabsız qoymayacağıq
# 23 dekabr 2019 13:29 (UTC +04:00)

Rusiya ABŞ-ın "Şimal axını-2" qaz boru kəmərinə sanksiya tətbiq etməsini cavabsız qoymayacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiyanın milli maraqlarına müvafiq olaraq cavab tədbirlərinin qəbul olunacağını deyib.

"Şimal axını-2”-yə qarşı sanksiyalar qəbuledilməzdir. Lakin bu sanksiyalar layihənin reallaşdırılması üçün maneə olmamalıdır”, - deyə D. Peskov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR