Yaponiya sahillərində, Sakit okean akvatoriyasında 5,7 bal gücündə zəlzələ baş verib
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Hönsü və Hokkaydo adalarının bir sıra prefekturalarında hiss olunub.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.