Gəncədə yolu keçmək istəyən qadını maşın vurub

Gəncədə yolu keçmək istəyən qadını maşın vurub
# 21 fevral 2019 13:39 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

ONA-nın qərb bürosunun verdiyi xəbərə görə hadisə şəhərin mərkəzində qeydə alınıb.

Goranboy rayon sakini Murad Bayramov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, Samux rayon sakini, 50 yaşlı Gülşən Ənvər qızı Rəhimovanı vurub. Yaralı dərhal sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Xəstəxanadan ONA-ya verilən məlumata görə yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR