Daha bir şirkətə müddətsiz kabel şəbəkəsi yayımı lisenziyası verilib

Daha bir şirkətə müddətsiz kabel şəbəkəsi yayımı lisenziyası verilib
# 28 fevral 2019 17:01 (UTC +04:00)

28 fevral 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan ONA-ya bildirilib ki, iclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılmış və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilib.

İclasda həmçinin “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR