Çempionlar Liqasında VI tura start verilir

Çempionlar Liqasında VI tura start verilir
# 05 dekabr 2017 04:38 (UTC +04:00)

Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarına yekun vurulacaq. Keçiriləcək 8 oyundan sonra daha 4 komanda 1/8 finala vəsiqə əldə edəcək. Bununla da qrupdan çıxacaq komandaların sayı 12-ə çatacaq. Son turda “Mançester Yunayted”, “Bazel”, MOİK, “Roma”, “Atletiko”, “Sportinq” və “Yuventus” xoşbəxtlərin sırasına qoşula bilər.

Qrup mərhələsinin ilk günündə Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq. Ağdam təmsilçisi səfərdə “Roma” ilə görüşəcək. Bu oyun Qurbanovun yetirmələri üçün əhəmiyyət kəsb etməsə də, təmsilçimiz səfərdə sensasiyaya imza atmağa, apenninliləri büdrətməyə iddialıdır. Qarşılaşma “Qarabağ” üçün formal xarakter daşısa da, “Roma” üçün həlledicidir. Çünki 1/8 finala vəsiqə qazanmaq üçün italiyalılar mütləq qələbə qazanmalıdır.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

5 dekabr

A qrupu

23:45. “Benfika” (Portuqaliya) - “Bazel” (İsveçrə)

23:45. “Mançester Yunayted” (İngiltərə) - MOİK (Rusiya)

1.

Mançester Yunayted

5

4

0

1

10-2

12

2.

Bazel

5

3

0

2

9-5

9

3.

MOİK

5

3

0

2

7-8

9

4.

Benfika

5

0

0

5

1-12

0

B qrupu

23:45. “Seltik” (Şotlandiya) - “Anderlext” (Belçika)

23:45. “Bavariya” (Almaniya) - PSJ (Fransa)

1.

PSJ

5

5

0

0

24-1

15

2.

Bavariya

5

4

0

1

10-5

12

3.

Seltik

5

1

0

4

5-17

3

4.

Anderlext

5

0

0

5

1-17

0

C qrupu

23:45. “Çelsi” (İngiltərə) - “Atletiko” (İspaniya)

23:45. “Roma” (İtaliya) - “Qarabağ” (Azərbaycan)

1.

Çelsi

5

3

1

1

15-7

10

2.

Roma

5

2

2

1

8-6

8

3.

Atletiko

5

1

3

1

4-3

6

4.

Qarabağ

5

0

2

3

2-13

2

D qrupu

23:45. “Olimpiakos” (Yunanıstan) - “Yuventus” (İtaliya)

23:45. “Barselona” (İspaniya) - “Sportinq” (Portuqaliya)

1.

Barselona

5

3

2

0

7-1

11

2.

Yuventus

5

2

2

1

5-5

8

3.

Sportinq

5

2

1

2

8-7

7

4.

Olimpiakos

5

0

1

4

4-11

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR