Keçmiş futbolçu Maşallah Əhmədovun məhkəməsi jurnalistlərin iştirakı olmadan keçirilib

Keçmiş futbolçu Maşallah Əhmədovun məhkəməsi jurnalistlərin iştirakı olmadan keçirilib
# 11 oktyabr 2016 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi hazırlıq iclası jurnalistlərin iştirakı olmadan keçirilib. Hakim jurnalistlərə deyib ki, tərəflər mətbuat nümayəndələrinin iştirakına razı olmadığı üçün onların iştirakına icazə verilmir.

Qapalı keçirilən iclasda M. Əhmədovun vəkili olmadığından proses oktyabrın 13-nə təxirə salınıb.



Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR