Çində yanğın törədərək 18 nəfərin ölümünə səbəb olan şəxs edam edilib

Çində yanğın törədərək 18 nəfərin ölümünə səbəb olan şəxs edam edilib
# 24 dekabr 2019 11:04 (UTC +04:00)

Çində karaoke-barda qəsdən yanğın törədərək 18 nəfərin ölümünə səbəb olan şəxs edam edilib.

APA-nın xəbərinə görə, bu barədə “Penpay” saytı məlumat yayıb.

Edam cəzası Çin Xalq Respublikası Ali Xalq Məhkəməsinin müvafiq qərarına əsasən icra edilib.

Qeyd edək ki, ötən il aprel ayının 24-də Quandun əyalətində yerləşən karaoke-barda yanğın baş verib, hadisə nəticəsində 18 nəfər ölüb. Yanğının qəsdən törədildiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR