Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib

Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib
# 02 fevral 2018 09:34 (UTC +04:00)

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.

Çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb. Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR