Bakıda mənzildə meyit aşkar olunub

Bakıda mənzildə meyit aşkar olunub
# 07 yanvar 2020 22:47 (UTC +04:00)

Bakıda mənzildən kişi meyiti aşkar olunub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Səmədov Eldar Arif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR