Xaçmaz-Xudat avtomobil yolunun 24 kilometrlik hissəsinin yenidənqurma sonra açılışı olub

Xaçmaz-Xudat avtomobil yolunun 24 kilometrlik hissəsinin yenidənqurma sonra açılışı olub
# 04 may 2018 09:36 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz-Xudat avtomobil yolunun 24 kilometrlik hissəsinin yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

APA-nın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR