Paşha Bank
Bank Of Baku

Daha iki məktəb əyani tədrisə qayıdıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsi

# 14 fevral 2022 10:14 (UTC +04:00)

Paytaxtdakı 287 nömrəli "Zəkalar" liseyi və 320 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya bildirilib ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR