"SOCAR Methanol" əsaslı təmirə dayanıb

"SOCAR Methanol" əsaslı təmirə dayanıb
# 29 noyabr 2017 11:02 (UTC +04:00)

"SOCAR Methanol" MMC noyabr ayından əsaslı təmirə dayanıb.

"APA-Economics" xəbər verir ki, bunu şirkətin baş direktoru Elnur Mustafayev Bakıda keçirilən Xəzər və Orta Asiya Neft Emalı və Neft Kimya (Downstream Caspian and Central Asia) konfransında bildirib.

Onun sözlərinə görə, bu il zavodda istehsalat prosesinin müddəti 7 ay uzadılıb. Baş direktor bu müddət ərzində 265 min ton və ya planlaşdırılan göstəricidən 6% çox metanolun istehsal olunduğunu bildirib.

"Plana uyğun olaraq, hazırda zavod əsaslı təmirə dayanıb. Bunun nəticəsində növbəti illərdə zavodun istehsal gücünü artırmaq mümkün olacaq. Başqa sözlə, biz əməliyyat fəaliyyətimizi 365 günə çatdırmaq istəyirik. Bununla zavod hər il deyil, iki ildə bir dəfə əsaslı təmirə dayanacaq", - deyə o vurğulayıb.

E. Mustafayev onu da bildirib ki, zavodun təmirə dayanmasına baxmayaraq, "SOCAR Methanol" mövcud ehtiyatlardan hazır məhsulun realizasiyasını davam edir.

Bundan öncə baş direktor bəyan edib ki, zavodun əsaslı təmiri 4 ay – 2017-ci ilin noyabrından 2018-ci ilin fevral ayınadək davam edəcək.

"SOCAR Methanol" MMC 2016-cı ilin noyabr ayının 4-də dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 min manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR