Oqtay Əsədovun Gürcüstana səfəri başlayıb

 Oqtay Əsədovun Gürcüstana səfəri başlayıb
# 26 iyul 2015 09:43 (UTC +04:00)

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, səfərin məqsədi Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etməkdir.

O. Əsədovun səfər çərçivəsində Gürcüstan rəsmiləri, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.

MM sədrinin Atletlər Kəndinə getməsi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşməsi də nəzərdə tutulur.

Səfər iyulun 27-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR