Azərbaycan xam neftin ixracını və neftdən gələn gəlirlərini artırıb

Azərbaycan xam neftin ixracını və neftdən gələn gəlirlərini artırıb
# 12 aprel 2018 16:45 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 2 mlrd. 685 mln. 933,79 min dollar dəyərində 5 mln. 438 min 14,14 ton xam neft ixrac edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından 2017-ci ilin üç ayı ilə müqayisədə 570 min 969,39 ton və ya 11,73% çoxdur, məbləğ baxımından isə 697 mln. 809,18 min dollar və ya 35,1% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan xarici ölkələrə 1 mlrd. 988 mln. 124,61 min dollar dəyərində 4 mln. 867 min 44,75 ton xam neft ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında xam neftin ixracı Azərbaycanın ümumi ixracının 80,06%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR