Səudiyyə Ərəbistanda korrupsiyaya görə tutulan 325 nəfər azad edilib

Səudiyyə Ərəbistanda korrupsiyaya görə tutulan 325 nəfər azad edilib
# 30 yanvar 2018 14:49 (UTC +04:00)

Səudiyyə Ərəbistanında korrupsiya təqsirləndirilən və barələrində həbs qərarı verilən şahzadə, nazir, yüksək vəzifəli şəxs və iş adamlarından 325 nəfəri azad edilib.

APA-nın verdiyi xəbərə görə, 56 nəfər barəsində seçilən həbs qərarı isə dəyişdirilməyib.

Ölkənin baş prokuroru Saud əl-Mojeb əmlakının, maliyyə vəsaitinin bir hissəsini dövlət büdcəsinə köçürən şəxslərin azad edildiyini deyib. O bildirib ki, həmin şəxslərdən 400 milyard real – təxminən 106,7 milyard dolları alınıb. Azad edilən arasında “Ən zəngin Səudiyyə şahzadəsi” kimi tanınan Əl Vəlid bin Təlal da var.

"Twitter", "Euro Disney", "Apple" kimi nəhəng şirkətlərin ortağı olan şahzadənin varidatı saxlanmazdan əvvəl 30 milyard dollara yaxın olub.

Qeyd edək ki, ötən il noyabrın 4-də kral Salman bin Əbdüləziz Korrupsiyaya Qarşı Mübarizə Komissiyasını yaratmış, oğlu Məhəmməd bin Salamı quruma rəhbər təyin etmişdi. Bu çərçivədə aparılan istintaq tədbirləri zamanı 381 nəfər həbs edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR