Qazaxıstanda təyyarə qəzası ilə bağlı matəm elan edilib

Qazaxıstanda təyyarə qəzası ilə bağlı matəm elan edilib
# 27 dekabr 2019 11:30 (UTC +04:00)

Dekabrın 28-i Qazaxıstanda matəm elan edilib.

APA-nın “Kazinform”a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təyyarə qəzası ilə bağlı ölkə üzrə matəm elan edilməsi haqqında qərar verib.

Qeyd edək ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 15 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR