Bakı İstintaq Təcridxanasının keçmiş rəisi yeni vəzifəyə təyin edilib

Bakı İstintaq Təcridxanasının keçmiş rəisi yeni vəzifəyə təyin edilib
# 28 noyabr 2017 14:57 (UTC +04:00)

Bakı İstintaq Təcridxanasının keçmiş rəisi Rəşid Səfərov yeni vəzifəyə təyin edilib.

APA-nın əldə etdiyi məlumata görə, R. Səfərov Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Bu vəzifəyə 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR