Kataloniyada baş verən toqquşmalarda 33 asayiş keşikçisi xəsarət alıb

Kataloniyada baş verən toqquşmalarda 33 asayiş keşikçisi xəsarət alıb
# 01 oktyabr 2017 22:05 (UTC +04:00)

Oktyabrın 1-də Kataloniyada baş verən toqquşmalarda 33 polis əməkdaşı və Vətəndaş Qvardiyasının üzvü xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Daxili işlər nazirliyinin “Tvitter” səhifəsində bildirilib.

Kataloniyanın Səhiyyə nazirliyinin məlumatına görə, polislə toqquşmalarda xəsarət alanların sayı 761 nəfərə çatıb.

Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni və qəbuledilməz adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR