Gürcüstan avtomobil ixracını 67% artırıb

Gürcüstan avtomobil ixracını 67% artırıb
# 19 dekabr 2019 16:20 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın avtomobil ixracından gəlirləri 594,6 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd edilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 238,9 mln. dollar və ya 67,2% çoxdur. Ötən il bu ölkənin ixrac etdiyi avtomobillərin ümumi dəyəri 355,7 mln.0 dollar təşkil edib.

Hesabat dövründə avtomobil ixracı Gürcüstanın ümumi ixracının 17,6%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR