Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var
# 08 dekabr 2016 03:00 (UTC +04:00)

Braziliyanın Amazonas ştatında “Embraer 721D” təyyarəsi qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində təyyarənin göyərtəsində olan 5 nəfər ölüb.

Manaus-Novo-Aripuana marşrutu ilə uçan təyyarə havaya qalxandan bir qədər sonra meşəyə düşərək yanıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Qəzanın səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR