Əfqanıstanda "Taliban" silahlıları ilə döyüşdə 8 hərbçi ölüb

Əfqanıstanda "Taliban" silahlıları ilə döyüşdə 8 hərbçi ölüb
# 13 may 2018 11:23 (UTC +04:00)

Əfqanıstanın Qunduz vilayətində radikal "Taliban" hərəkatının silahlıları ilə döyüşdə ən azı 8 hərbçi ölüb.

APA-nın məlumatına görə, bu barədə "Tolo News" telekanalı polisə istinadən məlumat yayıb.

Toqquşma Qunduz vilayətinin Daşti-Arçi rayonunda "Taliban" silahlılarının hücumundan sonra baş verib. Döyüşdə 8 əsgər və 6 "Taliban" silahlısı ölüb, 4 silahlı yaralanıb. Hökumət qüvvələri bir neçə saat davam edən döyüşdən sonra "Taliban" silahlılarının hücumunu dəf edib.

"Taliban" hücuma görə məsuliyyəti üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR