Lənkəranda avtomobil yoldan çıxaraq dirəyə çırpılıb, xəsarət alanlar var

Lənkəranda avtomobil yoldan çıxaraq dirəyə çırpılıb, xəsarət alanlar var
# 04 aprel 2017 09:39 (UTC +04:00)

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Liman-Nərimanabad-Balıqçılar yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-21011” markalı minik avtomaşını yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Nəticədə avtomaşında olan iki nəfər - sürücü və bir qadın xəsarət alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR