Ağsuda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb

Ağsuda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb
# 22 mart 2018 09:13 (UTC +04:00)

Ağsuda 10 yaşlı uşağı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 20-də saat 14.00 radələrində Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində Şamaxı rayon sakini Şakir Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəflətən yola çıxan kənd sakini, 10 yaşlı Ramil Abışovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR