Azərbaycana pul köçürmələri 35% azalıb

Azərbaycana pul köçürmələri 35% azalıb
# 12 noyabr 2016 10:53 (UTC +04:00)

2016-cı ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

APA-Economics” Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadən məlumat verir ki, ilkin rəqəmlərə əsasən 2016-cı ilin 9 ayında ölkəyə daxil olan pul baratları 585,5 mln. ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında ölkəyə daxil olan pul baratlarının həcmində 34,67%-lik azalma qeydə alınıb. Qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana daxil olan pul baratları 897 mln. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR