Yaponiyada altı nəfər istidən ölüb, 6370 nəfər xəstəxanaya yerləşdirilib

Yaponiyada altı nəfər istidən ölüb, 6370 nəfər xəstəxanaya yerləşdirilib
# 25 iyul 2017 08:03 (UTC +04:00)

Yaponiyada bir həftə ərzində altı nəfər istidən ölüb, 6370 nəfər xəstəxanaya yerləşdirilib.

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən yarısı yaşı 65-dən yuxarı olan şəxslərdir.

İyulun 17-23-də xəstəxanaya yerləşdirilmə halları ən çox Tokio, Osaka, Xyoqo, Saitama, Fukuoka, Haiti prefekturaları və Xokkaydo adasında qeydə alınıb.

Ölkənin meteoroloji agentliyinin məlumatına görə, isti hava şəraiti yaxın günlər ərzində ölkənin əksər ərazisində davam edəcək. HərarəT artdığına görə meteoroloqlar insanlara kondisionerlərdən istifadə etməyi, çoxlu mayə içməyi və uzun müddət küçədə olmamağı məsləhət görürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR