Zambiyada FETO-ya məxsus məktəblər dövlətin nəzarətinə keçib

Zambiyada FETO-ya məxsus məktəblər dövlətin nəzarətinə keçib
# 17 dekabr 2019 22:01 (UTC +04:00)

Zambiyanın paytaxtı Lusakada tikilən FETO-çulara məxsus “Və Horizontal” adlandırılan məktəblər dövlət nəzdinə keçib.

APA-nın Türkiyə bürosunun yerli mediaya istinadla verdiyi xəbərə görə, bu barədə Zambiyanın Torpaq və Təbii Mənbələr Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, “Və Horizontal” məktəblər şəbəkəsinə daxil olan uşaq bağçası, ibtidai və orta məktəb binaları da daxil olmaqla, 3 obyekt dövlətin nəzarətinə keçib.

Qeyd edək ki, FETO-nun “təhsildə qızıl beyinləri mənimsəmə siyasəti”nə daxil olan bu məktəblər Zambiyada 2011-ci ildə tikilib.

Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı Zambiya dövlətilə rəsmi danışıqları olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR