“APAsport” agentliyinin yaranmasından 11 il ötür

 “APAsport” agentliyinin yaranmasından 11 il ötür
# 05 mart 2018 09:31 (UTC +04:00)

Bu gün “APAsport” idman agentliyinin yaranmasından 11 il ötür.

APA Holdinq”in törəmə müəssisələrindən olan "APAsport" Azərbaycanın ilk idman agentliyi kimi, 2007-ci ildə fəaliyyətə başlayıb. Agentliyin www.apasport.az domenində fəaliyyət göstərən saytı Azərbaycan və rus dillərində xəbərlər yayır.

Yarandığı ilk ildə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin "ən yaxşı idman agentliyi" seçilən APAsport Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yayır, idman ictimaiyyətinin aparıcı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

Agentlikdə böyük turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, videogörüntülər və fotosessiyalarla tanış olmaq mümkündür.

Agentlik ölkədə keçirilmiş böyük yarışların, o cümlədən 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının işıqlandırılmasında xüsusi fəallıq göstərib. Məhz bunun nəticəsində "APA Holding" I Avropa Oyunlarını ən yaxşı işıqlandıran media şirkətlərindən biri kimi Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR