Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi üzrə müzakirələr aparılır

Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi üzrə müzakirələr aparılır
# 29 oktyabr 2017 13:18 (UTC +04:00)

Hazırda Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi üzrə müzakirələr aparılır.

İqtisadiyyat Nazirliyindən APA-ya verilən məlumata görə, bunu Türkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Ş. Mustafayev nəzərə çatdırıb ki, Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 mindən çox, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11,7 mlrd. ABŞ dolları, Azərbaycanın Türkiyəyə investisiyaları isə 10,1 mlrd. ABŞ dollarıdır. Diqqətə çatdırılıb ki, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Ş. Mustafayev birgə səylərin iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirəcəyini və xalqlarımızın rifahına töhfə verəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR