Tunisdə iki qatarın toqquşması nəticəsində 49 nəfər xəsarət alıb

Tunisdə iki qatarın toqquşması nəticəsində 49 nəfər xəsarət alıb
# 14 iyul 2015 23:02 (UTC +04:00)

Bakı-APA. Tunisdə iki qatarın toqquşması nəticəsində 49 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, insident paytaxt yaxınlığındakı Ben-Arus əyalətində baş verib. Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR