Bakıda sərnişin dayanacaqda ölüb - FOTO

Bakıda sərnişin dayanacaqda ölüb - FOTO
# 16 dekabr 2019 15:41 (UTC +04:00)

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun parkı yaxınlığında qeydə alınıb. Ərazidəki dayanacaqda avtobus gözləyən orta yaşlı kişi qəfildən yıxılaraq ölüb.

Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. İlkin məlumata görə, sərnişin ürək çatışmazlığından vəfat edib. Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR