Şəki sakinini it dişləyib

Şəki sakinini it dişləyib
# 15 iyul 2017 06:52 (UTC +04:00)

Şəkidə 45 yaşlı kişini it dişləyib.


Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 14-ü axşam saat 20 radələrində rayonun Çələbixan qəsəbə sakini, 1972-ci il təvəllüdlü Mehman Yaşar oğlu Səmədzadə it dişləməsi xəsarəti ilə xəstəxanaya müraciət edib.

Müayinə zamanı məlum olub ki, it Mehman Səmədzadəni sağ ayağının daban hissəsindən dişləyib.

Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR